Düşər axşam yenə hüzn dolu
Qəlbim yara sənin izin dolu
Ürəyimdə sənə sözüm dolu
Düşünürəm səni gözüm dolu

Hardasan hardasan

Ayrılıq günahımız bizim
Cəzasın çəkəni mən olmuşam
Süründürür məni dizin-dizin
Sevgilim mən sənsiz qalmışam

Mən necə dərdim deyim sənə
Həsrətəm çatmır əlim sənə
Sonsuz bir dənizdir istəyim sənə
Dalğalar sətirlərim sənə