Әsir külәk Xәzәr coşur
Yağır yağış şәhәr yuyunur
Zaman donub zülmәt qarışıb
Sevimli hiylәgәr yenә aramıza dalıb
Aramıza dalıb
Bir bәd mәlәk yenә sәnә baxırdı
Yağırdı yağış hәmin gecә vaxtı
Var idi iki gözü bir cüt dә buynuzu
Sevimli hiylәgәrlәr yaşayır uzun illәr boyu
O sevimli amma hiylәgәr gözlәri ilә sәnә baxırdı
Yanırdı qәlbini әllәrinә almağa can atırdı
O sevimli hiylәgәr gözlәri ilә sәnә baxırdı
Yanırdı qәlbini әllәrinә almağa can atırdı can atırdı

O günü o insan vücudunda gәzirdi
Hәr gәzdiyini әzirdi
Görәn hәr kәs onu sevirdi
Amma bilmirdi onun sevimli hiylәsini
O satırdı Tanrının bәxş etdiyi bәdәnlәri dәyәrlәri
Paylayırdı hәr kәsә yalan şәrlәri küfrlәri kәdәrlәri
Gözlәri parlayırdı bir günahsız mәlәk kimi
Yalnız bir şeydәn çox qorxurdu ki biri ayılar tutar sevimli hiylәni
O sevimli amma hiylәgәr gözlәri ilә sәnә baxırdı
Yanırdı qәlbini әllәrinә almağa can atırdı
O sevimli hiylәgәr gözlәri ilә sәnә baxırdı
Yanırdı qәlbini әllәrinә almağa can atırdı can atırdı